Xəbərlər

Türkiyənin Medicabil xəstəxanası ilə memorandum imzalandı

Türkiyənin Medicabil xəstəxanası ilə memorandum imzalandı

23.02.2017

Azərbaycan Tibb Universitetinin rektoru prof.Gəray Gəraybəylinin tapşırıqı ilə Tədris Cərrahiyyə Klinikasının nümayəndə heyəti (baş həkim Professor Rauf Ağayev və tibbi koordinasiya şöbəsinin həkimi Aygün Abdullayeva) 15-18 fevral tarixlərində Türkiyənin Bursa şəhərində yerləşən «Medicabil» xəstəxanasına rəsmi səfər ediblər.Səfərin məqsədi iki müəssisələr arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin yaranması və müzakirəsi olub.Səfər zamanı nümayəndə heyətimiz ATU-nin Tədris Cərrahiyyə Klinikasının strukturu haqqında türk həmkarlarına məlumat verərək, müəssisənin  fəaliyyəti barədə geniş prezentasiya təqdimat etmişdirlər. «Medicabil» klinikasının direktoru professor Ömər Faruk Bilgen və xəstəxananın bölmə rəhbərləri öz tərəflərindən çalışdıqları müəssisələrinin iş prinsiplərindən, təşkilatı məsələlər və klinika tərəfindən istifadə olunan benəlxalq standartlar haqqında qonaqlara məlumatlar təqdim etmişdirlər. Nümayəndə heyətimiz klinikanın şöbələri, idarəetmə bölmələri ilə yaxından tanış olmuş, türk mütəxəssislərlə işlərin təşkili ilə bağlı fikir mübadiləsi aparmışdırlar. Görüşlərin sonunda iki müəssisə arasında əməkdaşlıq memorandumu imzalanmışdır. İmzalanmış sənədə əsasən müəssislərimiz arasında birgə elmi tədqiqatlarların aparılması, simpozium və konfransların keçirilməsi,təcrübə mübadiləsi çərçivəsində azərbaycanlı və türk  mütəxəssislərin ixtisaslarının artırılması, treyninqlərin aparılması,ATU-nin tələbələrinin,rezidentlərinin “Medicabil” hospitalında təcrübə keçmələləri nəzərdə tutulur.