Xəbərlər

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edildi

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edildi

01.09.2016

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tədbir keçirilib. Tədbirdə universitetin rektoru professor Gəray Gəraybəyli klinikanın yeni direktorunu təqdim edib.
 Tədbiri açıq elan edən rektor Gəray Gəraybəyli  klinikanın direktoru  AMEA-nın müxbir üzvü professor Nuru Bayramova  Səhiyyə Nazirliyinin rəhbərliyi  və öz  adından gördüyü  işlərə  görə təşəkkürünü bildirərək daha sonra yeni direktoru təqdim etdi. O bildirdi ki,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 avqust 2016-cı il Kollegiyanın qərarı ilə II Cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Surxay İsmayıl oğlu Hadıyev Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin edilib. Bu məqsədlə ona gələcək işində böyük uğurlar arzu etdi. Rektor çıxışına davam edərək həmçinin qeyd etdi ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası universitetin ən parlaq, ən möhtəşəm hissəsidir. Qarşımıza qoyduğumuz ən vacib məqsədlərdən biri budur ki, klinika tam yüksək səviyyədə çalışsın.  Yeni rəhbərliyin də məqsədi yaxşı olan işi daha yaxşılaşdırmaq,  işi analiz etmək, müəyyən məsələləri, faktorları aradan qaldırmaqdan ibarətdir. 
Rektor Gəray Gəraybəyli daha sonra sözü klinikanın yeni direktoru Surxay Hadıyevə verərək ona işlərində uğurlar arzu edib.
Yeni təyin olunan direktor hər kəsin etimadını doğruldacağına dair söz verdi. “Bu gün həyatımdakı mühüm anlardan biridir. Göstərdikləri etimada görə rektora və cənab nazir Oqtay Şirəliyevə öz minnətdarlığımı bildirirəm və söz verirəm ki, bilik və bacarığımı bu etimadı doğrultmaq üçün sərf edəcəyəm. Azərbaycanın hər yerindən buraya  axın var. Ümid edirəm ki, klinikanı daha da yüksək yerlərə çatdıracağıq.”Sonda klinika heyəti yeni direktoru təbrik etdi və ona işlərində müvəffəqiyyətlər arzuladı.