Xəbərlər

Azərbaycan Tibb Universitetinə rektor təyin olundu

Azərbaycan Tibb Universitetinə rektor təyin olundu

12.04.2016

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinə rektor təyinatı ilə bağlı sərəncam imzalayıb. 
Sənəddə qeyd edilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gəray Çingiz oğlu Gəraybəyli Azərbaycan Tibb Universitetinin rektoru təyin edilsin".

Professor Gəray Gəraybəyli bu təyinata qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, Respublikanın baş psixiatrı vəzifəsində çalışırdı.

Professor G.Gəraybəylini təbrik edirik, yeni işində uğurlar arzulayırıq!